"İdeal final - Braziliya - Portuqaliya oyunu olacaq"
Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari qarşıdakı dünya çempionatı haqda fikirlərini bölüşüb.

"Daily Mirror"a danışan təcrübəli mütəxəssis mundialın finalında komandası ilə Portuqaliyanın qarşılaşmasını istədiyini bildirib:

"Mənim üçün mundialın ideal finalı - Braziliya - Portuqaliya görüşü olar. Portuqaliyada xeyli işləmişəm və orada yaxşı dostlarım var. Həyatımın xoş anlarını orada keçirmişəm. Mənim zamanımda Portuqaliya yığmasına dəvət etdiyim futbolçulardan 9-u indi də millinin heyətində yer alıb".

Xəbər 1056 dəfə oxundu.