“İnter” futbol komandası “African Chellenc” U-21 kollektivinə böyük hesabla qalib gəlib
Bakının “İnter” futbol komandası Türkiyənin İzmit şəhərində təlim-məşq toplanışındadır.

“İnter” hazırlıq çərçivəsində yoxlama görüşü keçirmişdir. Bu oyunda Bakı təmsilçisinin rəqibi afrikalılardan ibarət “African Chellenc” U-21 komandası olmuşdur.

Matç komandamızın 6:0 hesablı qələbəsi ilə başa çatmışdır.
“İnter”in heyətində Mikela Alvaro dubl etmiş, İlkin Sadiqov, Mirzağa Hüseynpur, Yoan Bokonyano və Dieqo Madriqal fərqlənmişlər.

Xəbər 893 dəfə oxundu.