Arda Turan cərimələndi
Türkiyə millisinin və "Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Arda Turan cəzalandırılıb.

Buna Ardanın idarə etdiyi avtomobili ilə sürət həddini aşması səbəb olub.

İstirahət üçün İzmirə gedən Arda Bursada yol polisləri tərəfindən saxlanılıb. Avtomobili ilə saatda 175 km sürətlə hərəkət edən Arda radara düşdüyündən polislər tərəfindən 356 türk lirəsi məbləğində cərimələnib.

Qeyd edək ki, Ardanın yanında əyləşən qarsaşı Okan Turan futbolçunun şəkilini çəkərək fotonu sosial şəbəkədə paylaşıb.

Xəbər 901 dəfə oxundu.