"İngilislərin də bizim qədər çempion olmaq şansları var"
Braziliya futbolunun canlı əfsanəsi Pele İngiltərə millisi haqda xoş sözlər deyib.

BBC-yə danışan Pele ingilislərin Braziliya yığması qədər dünya kubokunu qazanmağa şanslı olduğunu bildirib:

"İngiltərə millisinin Braziliya, İtaliya və Fransa kimi dünya çempionatında müəyyən nüfuzu var. Bu komanda bütün dünya çempionatlarında iştirak edir. Braziliya millisi "pley-off"da onlara qarşı oyuna hazır olmalıdır. Belə rəqibə hörmətlə yanaşmaq lazımdır. Düşünürəm ki, ingilislərin də bizim qədər dünya çempionu olmaq şansları var".

Xəbər 887 dəfə oxundu.