Xerdan Şaqiri "Bavariya"da qalacaq
"Bavariya" klubunun yarımmüdafiəçisi Xerdan Şaqiri yeni mövsümdə də Münhen təmsilçisinin şərəfini qoruyacaq.

Bu barədə xəbəri Almaniyanın "Bild" qəzeti yayıb.

Ötən mövsüm əsas heyətdən kənarda qalan futbolçunun daha bir mövsüm "Bavariya"da oynamaq istədiyi bildirilir.

Qeyd edək ki, Şaqiri 2012-ci ildə "Bazel"dən "Bavariya"ya transfer olunub.

Xəbər 854 dəfə oxundu.