Neymar zədələndi
Daha bir ulduz futbolçu "DÇ-2014"də oynamaya bilər.

Braziliya millisinin hücumçusu Neymar turnirin başlamasına iki gün qalmış məşq zamanı ayağından zədələnib. Onun zədəsinin ciddi olub-olmaması tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.

Qeyd edək ki, Marko Roys (Almaniya), Frank Riberi (Fransa), Radamel Falkao (Kolumbiya), Rafael van der Vaart (Hollandiya) kimi futbolçular zədə səbəbindən dünya çempionatında iştirak etməyəcəklər.

Xəbər 828 dəfə oxundu.