"Qəbələ" bu gün başlayır
2014/2015 mövsümündə ölkəmizi Avropa Liqasında təmsil edəcək "Qəbələ" klubu bu gün yeni mövsümün hazırlıqlarına start verəcək.

Komandanı Qəbələdə baş tutacaq ilk məşqə Sənan Qurbanov çıxaracaq.

Qeyd edək ki, "Qəbələ"nin yeni baş məşqçisinin kimliyinə yaxın günlərdə aydınlıq gələcək.

Xəbər 790 dəfə oxundu.