Löv: "Təzyiqdən qorxmuram, əksinə zövq alıram"
Almaniya millisinin baş məşqçisi Yoahim Löv qarşıdakı dünya çempionatı haqda danışıb.

Təcrübəli mütəxəssis FİFA-nın rəsmi saytına açıqlamasında təzyiqdən qorxmadığını, əksinə zövq aldığını bildirib:

"Hazırlıq zamanı bütün xırda detalları nəzərdən keçirdiyimizə inanıram. Təzyiqdən qorxmuram, əksinə bundan zövq alıram. Səbirsizliklə mundialın başlanmasını gözləyirəm. Təlim-məşq toplanışı zamanı nələr əldə etdiyimizi görmək istəyirəm. Əlbəttə, bəzi nüanslar var ki, siz ona təsir edə bilərsiz. Fiziki hazırlıq, taktiki nüanslar.

Almaniya yığmasına çağırılan bütün futbolçulara güvənirəm. Proqnoz vermək istəmirəm. Peyğəmbər deyiləm, mənim işim başqadır. Əgər dünya çempionu olacağımızla bağlı söz versəm belə, buna zəmanət yoxdur. Ancaq bir şeyi dəqiq deyə bilərəm: Komanda maksimum nəticə əldə etmək üçün olduqca istəklidir".

Xəbər 783 dəfə oxundu.