Bekhem: "Runi İngiltərə üçün önəmli oyunçudur"
İngiltərə millisinin sabiq kapitanı Devid Bekhem komandanın hücumçusu Ueyn Runi haqda xoş sözlər deyib.

"Sky Sports"a danışan Bekhem Runinin İngiltərə millisi üçün önəmli futbolçu olduğunu bildirib:

"Runi böyük istedaddır və mən hər zaman onu dəstəkləmişəm. O, İngiltərə yığması üçün çox önəmli futbolçudur. Runi meydanda canını qoyur və azarkeşlər də bunu gözəl bilirlər. O qol vurmasa belə, rəqib qapısında təhlükə yaradan ötürmələr verir. Düşünürəm ki, rəqiblər də Runinin əsas heyətdə meydana çıxmasından çəkinirlər".

Xəbər 821 dəfə oxundu.