Bahadır Nasimov "İnter"də
Türkiyədə təlim-məşq toplanışında olan Bakının "İnter" klubu daha bir futbolçunu heyətinə cəlb edib.

Paytaxt təmsilçisi son mövsümü "Neftçi"də keçirən Bahadır Nasimovla razılığa gəlib.

Özbəkistanlı forvard hazırda "İnter"in düşərgəsindədir. Klubun mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycana qayıtdıqdan sonra Nasimovla bir illik müqavilə imzalanacaq.

Xatırladaq ki, "İnter" daha öncə Mirzağa Hüseynpur, Məhəmməd Mirzəbəyov və Elvin Məmmədovu transfer edib.

Xəbər 1012 dəfə oxundu.