Droqba "Çelsi" ilə razılığa gəldi
"Qalatasaray"la müqaviləsi başa çatan Didye Droqba karyerasını "Çelsi"də davam etdirəcək.

Bu barədə "Daily Star" qəzeti yazıb. Bildirilir ki, baş məşqçi Joze Mourinyonun istəyi ilə təcrübəli oyunçu ilə danışıqlara başlanılıb və müsbət nəticə əldə olunub. Fil Dişi sahilli hücumçu "DÇ-2014"dən sonra London klubu ilə rəsmi müqaviləyə imza atacaq.

D.Droqbanın qarşıdakı illərdə "Çelsi"nin məşqçi heyətində də yer alacağı iddia edilib.

Qeyd edək ki, D.Droqba 2004-2012-ci illərdə də İngiltərə klubunun şərəfini qoruyub.

Xəbər 822 dəfə oxundu.