Bakı – London – Paris - Bakı

Azərbaycan taekvondoçuları London Yay Olimpiya Oyunları öncəsi test turnirində çıxış edəcəklər. idman.com.az saytının məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayevin rəhbərliyi ilə Londona yola düşəcək heyətə koreyalı mütəxəssis, məşqçi Con Conqbay, idmançılardan Elvin Məmmədov (68 kq) və Ramin Əzizov (80 kq) daxil edilib.
Dekabrın 3-4 tarixlərində keçiriləcək sınaq yarışının ardından taekvondoçularımız dekabrın 8-də Parisin açıq çempionatına (“Paris Open”) yollanacaq. Bu yarışda komandamızı Fariz Əliyev, Elvin Məmmədov ( hər ikisi 68 kq), London Olimpiadasına lisenziyanı təmin edən Ramin Əzizov (80 kq) və Təvəkgül Bayramov (+80 kq) təmsil edəcək. Hazırda Şənubi Koreyanın Seul şəhərində təlim-məqşlərdə olan qadınlardan isə Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva, Səbinə Mikayılova ( hər ikisi 57 kq) və London Olimpiadasına vəsiqə qazanan daha bir taekvondoçumuz Fəridə Əzizova (67 kq) beynəlxalq yarışda qüvvəsini sınayacaq. Bu turnirin özəlliyi ondadır ki, döyüşlər olimpiya çəki dərəcələrində keçirilir.
10-11 dekabr tarixlərində yarışa qatılacaq taekvondoçularımız Fransanın paytaxtından vətənə dekabrın 12-də dönəcək.

Xəbər 1151 dəfə oxundu.