Millimizin üzvü üçün yeni çalışdırıcı
Millimizin üzvü Ufuk Budakın çıxış etdiyi "Qaziantep BB"nin yeni baş məşqçisi müəyyənləşib. PTT 1-ci liqa klubunu Nurullah Sağlam çalışdıracaq.

Klub rəhbərliyi 48 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayıb. Təqdimat mərasimində çıxış edən Sağlam klub rəhbərliyi ilə 3-4 gün əvvəl bir araya gəldiklərini və bəzi məsələləri müzakirə etdikdən sonra razılaşdıqlarını bildirib.

Xəbər 796 dəfə oxundu.