“Atasport” klubu ikinci qələbəsini də qazandı
Azərbaycanın kişi otüstü hokkeyçilərdən ibarət “Atasport” komandası İtaliyanın Kagliari şəhərində keçirilən klublararası Avropa çempionatında bu gün ikinci oyununda da qələbə qazanıb. “Trofi” divizyonunda debüt edən və “B” qrupunda yer alan “Atasport” dünən Avstriya hokkeyçilərini 3:1 hesabı ilə məğlubiyyətə uğratdıqdan sonra bu gün II tur şərçivəsində İtaliyanın “Bra” klubu ilə qarşılaşıb. Matçın birinci hissəsi demək olar ki, çox çətin keçib. İlk olaraq 9-cu dəqiqədə yerli komanda standart cərimə zərbəsi ilə hesabda irəli çıxıb. 7 dəqiqə sonra Xalid Səlim hesabda bərabərlik yaradıb. Komandalar fasiləyə elə 1:1 hesablı bərabərliklə yollanıblar. İkinci hissədə Azərbaycan hokkeyçiləri rəqiblərinə heç bir şans verməyərək italiyalıların qapısından 7 cavabsız top keçiriblər. Vurulan qolların müəllifləri Xalid Səlim(2), Əli Nadirov(2), Ali Şahbaz, Kənan Şirinov və Ali Kasif olublar. “B” qrupunda ikinci oyun Bakı vaxtı ilə saat 16.00-da “Navax AHTC Vien”(Avstriya) və İrlandiyanın “Monkstovn” klubları arasında başlayıb. Həmin görüşdə İrlandiya hokkeyçiləri 5:1 hesabı ilə qələbə qazanıblar.

“Monkstovn”(İrlandiya) komandası olacaq. “Bra” isə Avstriyanın “Navax AHTC Vien” klubu ilə görüşəcək. Bu oyunlardan sonra pley-offda qarşılaşacaq cütlər müəyyənləşəcək.

Hazırda eyni xala malik "Monkstovn" və "Atasport" "B" qrupunda yarış cədvəlinə başçılıq edirlər. Rəqib qapılarına 1 top artıq vuran irlandiyalılar I yeri tuturlar. Odur ki, Azərbaycan hokkeyçilərinin gələn mövsüm daha güclü klublarla birgə çıxış etməsi üçün sabah hökmən qələbə qazanması lazımdır. Xatırladırıq ki,reqlamentə görə Pley - Off mərhələsində "A" və “B” qruplarında müvafiq yerləri tutan iştirakşılar bir-biri ilə oynayacaq. Yekunda qrup qalibləri- ilk 2 yeri tutan finalçı növbəti mövsümdən güclülər qrupunda mübarizə aparmaq hüququ qazanacaq.

Xəbər 2311 dəfə oxundu.