Rio Ferdinand “QPR”in futbolçusu ola bilər
“Mançester Yunayted”in müdafiəçisi Rio Ferdinand, yaxın günlərdə “QPR”in futbolçusu ola bilər.

The Guardian-nin verdiyi məlumata görə, Harri Rednappın rəhbərlik etdiyi klub, 35 yaşlı futbolçunu ən yüksək məvacib alan futbolçu etmək istəyir. Əgər, Rio Ferdinand “QPR”ə keçsə, həftəsinə 80 min funt alacaq. Klubun hücumçusu Loik Remi isə, həftəsinə 75 min funt alır.

Qeyd edək ki, cari mövsümdə PL-da cəmi 14 oyuna meydana çıxan Rio Ferdinand, iyulun 1-dən azad agent olacaq.

Xəbər 920 dəfə oxundu.