Cho-A Pharm “Mançester Yunayted”lə tərəfdaşlıq müqaviləsi bağladı
“Mançester Yunayted” Koreya və Vyetnamda rəsmi tərəfdaşı olacaq, Cho-A Pharm əczaçılıq şirkəti ilə uzunmüddətli müqavilə bağlandığı haqqında açıqlama verib.

Bununla da, Koreya şirkəti, klubu və onun oyunçularının simasını, öz məhsullarının satılmasında istifadə etmək hüququ qazanıb.

Cho-A Pharm və “Mançester Yunayted” sosial təşəbbüslərlə də məşğul olacaqlar. Bu əsasən, regiondakı uşaq futboluna dəstəklənməsi üçün nəzərdə tutulub. Klubun uşaq futbol məktəbi, Koreya və Vyetnamın uşaq futbol məktəbləri ilə əməkdaşlıq edəcək.

Bu il 26 yaşını qeyd edən şirkət, 200-dən çox adda əczaçılıq məhsulları istehsal edir, hansı ki, dünyanın 20 ölkəsinə çatdırlır. Şirkət həmçinin, Koreyada 1000-dən çox zəncirvarı aptek filialına da sahibdi.

Xəbər 865 dəfə oxundu.