Braziliya prezidenti DÇ-2014-ün açılışına getməkdən qorxdu
Braziliya prezidenti Dilfa Rusef iyunun 12-də öz ölkəsinin komandasının Xorvatiya ilə keçirəcəyi dünya çempionatının açılış oyununu stadionda izləməkdən imtina edib.

Dövlət başçısının belə bir qərar verməsi Braziliyada sosial problemlər səbəbindən əhalinin etiraz aksiyasi keçirməsi və işsizlik problemi ilə əlaqələndirilir.

Prezidentin açılış zamanı onminlərlə azarkeş tərəfindən fitə basılacağından qorxduğu bildirilir.

Xatırladaq ki, mundialın açılışı ərəfəsində San-Paulu şəhərinin metropoliteninin işçiləri tətil edərək maaşlarının artırılmasını tələb edib. Bu səbəbdən şəhərdə metronun işi iflic olub və San-Pauluda xeyli böyük tıxac yaranıb.

Xəbər 893 dəfə oxundu.