"Almaniya millisi mütləq finala çıxacaq"
Braziliya millisinin sabiq üzvü Kafu Almaniya yığma komandasının Dünya çempionatının finalına yüksələcəyinə inanır.

2002-ci ildə DÇ-nın kubokunu başı üzərinə qaldıran veteran futbolçu braziliya mətbuatına açıqlamasında finala yüksələn iki komandadan birinin Amaniya millisi olacağını deyib:

“Almaniya olduqca güclü komandadır. Braziliyada böyük hörmət və sevgi ilə qarşılanır. Braziliyada hər kəs finalda Almaniya ilə qarşılaşacağımızı düşünür. Almaniya mütləq finala çıxacaq”.

Qeyd edək ki, Braziliya millisi 2002-ci ildə Kafunun kapitanlığı ilə finalda Almaniyanı 2:0 hesabı ilə məğlub edərək çempion olub.

Xəbər 782 dəfə oxundu.