Fariz əvəz matçında Matiasa qalib gəldi
Ötən gecə Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda revanş döyüşünə çıxıb. Boksçumuz WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi Matias Pelklə qarşılaşıb.
Almaniyada keçirilən revanş döyüşü maraqlı və gərgin alınıb.

İlk andan üstün görünən Fariz Məmmədov qələbəni bayram edən tərəf olub. Dördüncü raundunda rəqibini nokauta salan boksçumuz WBO və WBCA versiyaları üzrə Avropa kəmərinə sahib çıxıb.

Qeyd edək ki, Fariz Məmmədovla Matias Pelk ötən ilin dekabrında Qəbələdə üz-üzə gəlmişdi. Təmsilçimiz ağır zədə səbəbindən yarışı yarımçıq dayandırmış və texniki məğlubiyyət almışdı. Buna Farizin hələ döyüşdən əvvəl bir qabırğasının sınması səbəb olmuşdu.

Xəbər 1128 dəfə oxundu.