"Qarabağ" Hollandiyada yüksək yerlər uğrunda oynaya bilər"
"Qarabağ"ın həqiqətən yaxşı futbol oynaya bildiyini gördünüz. Düşünürəm ki, bu komanda Hollandiya Eredivizində (Hollandiya yüksək liqası - red) yüksək yerlər uğrunda oynaya bilər".

Bu sözləri "Qarabağ" klubunun futbolçusu Leroy Corc Hollandiya mətbuatına açıqlamasında deyib.

Hollandiyalı futbolçu Azərbaycan çempionatında bəzi məqamların onun üçün anlaşılmaz olduğunu bildirib: "Bəzən elə günlər olur ki, harada eniş etdiyim mənə maraqlı gəlir. Burada elə komandalar var ki, bütün oyunçuları ilə top saxlamağa oynayırlar. Bununla belə, oyunları izləməyə haradasa 50-dən çox məktəbli gəlir... Avrokuboklarda isə hər şey fərqlidir. Yaxşı rəqiblərə qarşı oyunlar zamanı tribunalarda 20 min azarkeş görmək olur".

L.Corc ötən yayda "Qarabağ" klubunu seçməsini belə izah edib: "Ola bilər ki, Azərbaycana getdiyim üçün çoxları təəccüblənir. Xüsusilə 27 yaşım olarkən. Bu futbolçunun ən yaxşı illəridir. Ancaq NEK-də mövsümü başa vurduqdan sonra mənimlə maraqlanan klublar elə də çox olmadı. Belədə sən macəra dalınca gedirsən".

Xəbər 767 dəfə oxundu.