Bəhram Bağırzadə Azərbaycan Milli Karate Federasiyasında olub
Tanınmış aktyor, şoumen, naşir və idman azarkeşi Bəhram Bağırzadə Azərbaycan Milli Karate Federasiyasında görüşdə olub. Federasiyanın prezidenti Yaşar Bəşirov və birinci vitse-prezident İlham Qasımzadə ilə görüşdə yaradıcı planlar müzakirə olunub.

Həmçinin görüşdə yeni ideyalar ortaya çıxıb, karatenin kütləviliyi istiqamətində müəyyən təbliğedici işlərin görülməsi və gələcək layihələrlə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Azərbaycan karatesi Dünya Karate Federasiyasına (WKF) üzv olan 188 ölkə arasında liderlərdən biridir. Son illər daha yüksək nəticələr əldə olunduğu üçün karate yeganə qeyri-olimpiya idman növü kimi Bakı 2015 ilk Avropa Oyunlarının proqramına daxil edilib.

Xəbər 1066 dəfə oxundu.