"Liverpul"dan növbəti transfer
Son mövsüm İngiltərə Premyer Liqasının ikinci pillədə tamamlayan "Liverpul" yeni mövsüm üçün transferləri davam etdirir.

Klub "Sevilya"nın futbolçusu Alberto Morenonu heyətinə cəlb edib. 21 yaşlı müdafiəçi tubbi müayinədən keçdikdən sonra beş illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, A.Moreno ötən mövsüm oynadığı 45 matçda 3 qol vurub.

Xəbər 879 dəfə oxundu.