İngiltərə millisində ciddi itki
İngiltərə millisi "DÇ-2014" öncəsi ciddi itki ilə üzləşib.

Ekvadorla matçda zədələnən Aleks Oksleyd-Çemberlen təxminən üç həftə yaşıl meydanlardan uzaq qalacaq. 20 yaşlı yarımmüdafiəçinin "DÇ-2014" üçün yekun heyətdən çıxarılacağı gözlənilir.

Qeyd edək ki, İngiltərə millisi "DÇ-2014"də D qrupunda İtaliya, Uruqvay, Kosta-Rika ilə mübarizə aparacaq.

Xəbər 752 dəfə oxundu.