"Barselona" "Sevilya" ilə razılığa gəldi
Barselona" İvan Rakitiçin transferi üçün "Sevilya" ilə razılığa gəlib.

26 yaşlı yarımmüdafiəçi ilə beş illik müqavilə imzalacaq. Kataloniya klubu xorvatiyalı futbolçu üçün 15 milyon avro ödəyəcək.

Qeyd edək ki, İ.Rakitiçə "Real" və "Atletiko" da təklif göndərmişdi.

Xəbər 904 dəfə oxundu.