Honda: "Yaponiya dünya çempionu ola bilər"
Yaponiya millisinin futbolçusu Keysuke Honda iddialı açıqlamaları ilə diqqət çəkib.

"Goal.com"a danışan Honda komandasının dünya çempionu ola biləcəyini deyib:

"Həmişə dünya çempionu olmaq haqda düşünmüşəm. Başqalarının bu haqda nə düşündükləri məni maraqlandırmır. Bu sözlərimdən sonra insanlar mənə inanarsa, çox xoşbəxt olaram. Çünki bu, mümkündüz deyil. Heç vaxt hədəflərimdən əl çəkmirəm, əksinə iddiamı davam etdirirəm".

Qeyd edək ki, Yaponiya millisi C qrupunda Kolumbiya, Yunanıstan və Fil Dişi Sahili yığması ilə mübarizə aparacaq.

Xəbər 888 dəfə oxundu.