Millimiz FİFA reytinqində irəlilədi
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdman.com.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, Azərbaycan millisi iki pillə irəliləyib.

Berti Foqtsun komandası 396 xalla 83-cü pillədə qərarlaşıb. "Avro-2016"dakı rəqiblərimizə gəlincə ən yaxşı göstərici yenə də İtaliya millisinə məxsusdur. Çezare Prandellini komandası 9-cu pillədəki mövqeyini qoruyub.

Digər rəqiblərimizdən Xorvatiya iki pillə irəliyərək 18-ci olub. Norveç (0) 55-ci, Bolqarıstan (-5) 78-ci və Malta isə (-4) 132-ci pillədə qərarlaşıb.

Ümumilikdə siyahıya yenə İspaniya yığması başçılıq edir. Son dünya və Avropa çempionları 1485 xalla bütün rəqiblərini geridə qoyub. Almaniya (1300) ikinci, Braziliya (1242) isə üçüncü olub.

Xəbər 754 dəfə oxundu.