Azərbaycan-Rusiyaya qarşı / Yoldaşlıq görüşü
7 iyun 2014-cü il tarixdə Azərbaycan və Rusiya sərbəst güləş yığmaları arasında yoldaşlıq görüşü keçiriləcək. Dağıstan Respublikasının Levaşi rayonunda baş tutacaq görüş Dağıstanın dövlət və ictimai xadimi Həmid Həmidovun 60 illiyi münasibətilə təşkil olunacaq.

Yığma komandanın böyük məşqçisi Firdovsi Umudovun rəhbərliyi altında qonşu respublikaya yığmamızın 8 üzvü yollanacaq. Görüşdə ölkəmizi Yaşar Əliyev (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Emin Əzizov (70 kq), Əşrəf Əliyev (74 kq), İbrahim Usubov (86 kq), Şərif Şərifov (97 kq) və Valera Rodriqes (125 kq) təmsil edəcək.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakimlər Əbdül Nuriyev, İntiqam Alıyev və Sədi Quliyev iştirak edəcək.

Xəbər 886 dəfə oxundu.