Roy Hodsonu qorxudan zədə
İngiltərə millisinin futbolçusu Aleks Oksleyd Çemberleyn Ekvadorla yoldaşlıq görüşündə zədələnib.

Yığmanın baş məşqçisi Roy Hodson hücumçunun zədəsinin ciddi olacağından qorxduğunu deyib:

"Dizindən çox ciddi zədə aldı. Zədənin ciddi olacağından qorxuruq. Tibbi müayinədən keçdikdən sonra hər şey dəqiqləşəcək. O, Ekvadorla görüşdə çox yaxşı oyun nümayiş etdirdi. Əgər zədəsinə görə dünya çempionatını buraxarsa, onun üçün şanssızlıq olacaq".
Qeyd edək ki, rəqibi ilə mübarizədə çarpaz bağlarından zədələnən 20 yaşlı futbolçu 63-cü dəqiqədə Flanaqanla əvəzlənib.

Xəbər 951 dəfə oxundu.