"Beşiktaş" iki futbolçusu ilə müqaviləni uzatdı
Türkiyənin “Beşiktaş” klubu iki futbolçusu ilə müqaviləni yeniləyib.

Yarımmüdafiəçi Oğuzxan Özyaqubla dörd illik müqavilə imzalanıb. Onun klubla sözləşməsi 2016-cı ildə başa çatacaqdı. Digər təcrübəli yarımmüdafiəçi Necib Uysal isə İstanbul klubu ilə beş illik yeni razılaşmaya imza atıb.

Hər iki futbolçu klubun rəsmi saytına açıqlamasında karyerasını “Beşiktaş”da başa vurmaq istədiyini bildirib.

Xəbər 837 dəfə oxundu.