Belçika - Lüksemburq matçının nəticəsi ləğv edildi
FİFA mayın 26-da baş tutan Belçika - Lüksemburq yoldaşlıq görüşünün nəticəsini ləğv edib.

Buna Belçika millisinin baş məşqçisi Mark Vilmotsun oyun ərzində 7 əvəzləmə etməsi səbəb olub.

FİFA-nın qaydalarına əsasən yoxlama görüşlərində bir komanda maksimum 6 oyunçu dəyişikliyi edə bilər. Bu qayda Belçika - Lüksemburq matçında pozulduğu üçün həmin oyunun nəticəsi və statistikası FİFA-nın bazasından silinəcək.

Qeyd edək ki, Belçikanın 5:1 hesabı ilə qalib gəldiyi oyunda meydan sahiblərinin qollarını Naser Şadli, Kevin de Bruyne və Romelu Lukaku (het-trik) vurub.

Xəbər 830 dəfə oxundu.