Ağayeva da qələbə qazandı
Rumıniyanın paytaxtı Buxarestdə keçirilən boks üzrə Avropa çempionatında milli komandamızın daha bir üzvü qələbə qazanıb. 51 kq çəki dərəcəsində mübarizə aparan Anaxanım Ağayeva Almaniya təmsilçisi Sarah Bormanı məğlub edib. Boksçumuz 14 finalda Vassila Lxadiri ilə qarşılaşacaq. Qeyd edək ki, iki boksçimuz – Yelena Vıstropova (69 kq) və Leyla Cavadova (75 kq) artıq qitə çempionatının ən azı bürünc medalını özlərinə təmin ediblər.

Xəbər 1031 dəfə oxundu.