Braziliyadan darmadağın, Çexiya məğlub oldu
Braziliyada təşkil olunacaq dünya çempionatı öncəsi beynəlxalq yoldaşlıq görüşləri davam edir.

Bu gün mundialın daha iki iştirakçısı meydana çıxıb.

Meydan sahibləri olan Braziliya yığması Panama ilə görüşdə qüvvəsini sınayıb və böyükhesablı qələbə qazanıb - 4:0. İsveçrə millisi isə Perunu sınağa çəkib. Bu görüş avropalıların qələbəsi ilə başa çatıb - 2:0.

Digər oyunda Birləşmiş Ərəb Əmirlikləri Gürcüstanla qarşılaşıb və rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Çexiya isə öz meydanında Avstriyaya 1:2 hesabı ilə məğlub olub.

3 iyun

Yoxlama oyunu

22:00. BƏƏ - Gürcüstan - 1:0
Qol: Fardan, 74 (1:0)


23:30. Çexiya - Avstriya - 1:2
Qollar: Sabitzer, 34 (0:1), Horava, 42 (1:1), Baumqartlinqer, 72 (1:2)


23:30. İsveçrə - Peru - 2:0
Qollar: Lixşteyner, 78 (1:0), Şaqiri, 84 (2:0)

00:00. Braziliya - Panama - 4:0
Qollar: Neymar, 27 (1:0), Alveş, 40 (2:0), Halk, 46 (3:0), Villian, 73 (4:0)

Xəbər 790 dəfə oxundu.