Van Qal: "Tottenhem"də işləməyə çox yaxın idim"
Yeni mövsümdən "Mançester Yunayted"i çalışdıracaq Hollandiya millisinin baş məşqçisi Lui van Qalı daha bir klub transfer etmək istəyib.

Təcrübəli mütəxəssis Andre Villaş-Boaşın istefaya göndərilməsindən sonra "Tottenhem"in ona təklif göndərdiyini deyib.

Uşaq vaxtlarında bu kluba azarkeşlik etdiyini söyləyən van Qal bildirib ki, "Tottenhem"lə razılığa gəlməyə çox yaxın idi: "Uşaq vaxtlarımdan "Tottenhem"ə azarkeşlik etmişəm. Klubun keçmiş futbolçusu Cimmi Qrivz idealım olub. "Tottenhem"də işləməyə çox yaxın idim. Ancaq son anda bu, baş tutmadı".

Qeyd edək ki, van Qal bu il "MY" ilə üç illik müqavilə imzalayıb.

Xəbər 1012 dəfə oxundu.