“Grand Prix Südkärnten”də 3-cü yer
Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası “Synergy Baku”nun üzvləri Avstriyada Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Grand Prix Südkärnten” veloyürüşündə mübarizə aparıblar. 1 günlük yarışda komanda üzvlərimizdən ən yüksək nəticəyə Markus Eybeger imza atıb.

Velosipedçimiz starta çıxan 174 iştirakçı arasında 3-cü yeri tutub – o, 193.6 km məsafəni qaliblə eyni vaxtda – 4 saat, 28 dəqiqə, 21 saniyəyə bitirib və fotofinişə əsasən 3-cü nəticə göstərib.

Azərbaycanın U-23 komandasının üzvü Samir Cəbrayılov finişi qalibdən 46 saniyə sonra keçən pelotonun içərisində olub. Qeyd edək ki, yarışda ümumilikdə 17 komanda mübarizə aparıb.

Xəbər 1007 dəfə oxundu.