Dağıstandan daha 2 bürünc medal
Dağıstan Respublikasında 1997-98-ci il təvəllüdlü sərbəst güləşçilər arasında açıq Respublika turniri keçirilib. Sərbəst güləş üzrə kiçik yaşlılardan ibarət yığma komandanın üzvləri turnirdə iştirak edib və 2 bürünc medal qazanıb.

Məşqçilər Namiq Quliyev və İsaməddin Hüseynovun rəhbərliyi altında qonşu Respublikaya yollanan güləşçilərimiz 2 bürünc medalla Vətənə qayıdır. 35 kq çəkidə Tofiq Əliyev və 42 kq-da mübarizə aparan Röyal Ağamalıyev fəxri kürsünün üçüncü pilləsində yer alıb. 46 kq çəkidə yarışda iştirak edən Babək Hüseynov isə yarışı 5-ci yerdə tamamlayıb.

Xəbər 832 dəfə oxundu.