Riberinin zədəsi hələ də sağalmayıb.
Fransa millisinin futbolçusu Frank Riberinin zədəsi hələ də sağalmayıb.

Paraqvayla yoldaşlıq oyununda iştirak edə bilməyən təcrübəli yarımmüdafiəçinin son durumu yığmanın həkimlərini də narahat edib. Zədəsinin gözləniləndən ciddi olduğu müəyyənləşən Riberinin "DÇ-2014"ün ilk oyunları buraxa biləcəyi iddia edilib.

"L`Equipe" qəzeti isə yazıb ki, F.Riberinin zədəsi ən azı bir həftəyə sağala bilər.

Qeyd edək ki, Fransa E qrupunda İsveçrə, Ekvador, Honduras milliləri ilə mübarizə aparacaq. Komanda "DÇ-2014"də ilk oyununu iyunun 15-i Hondurasa qarşı keçirəcək.

Xəbər 807 dəfə oxundu.