Devid Moyes klubdan gedişi haqqında danışdı
The Times saytının verdiyi məlumat görə, “Mançester Yunayted”in keçmiş baş məşqçisi Devid Moyes, klubdan gedişi haqqında danışıb.

“Mən həqiqətən “Mançester Yunayted”də keçirtdiyim vaxta görə razıyam. Orada özüm üçün qiymətsiz dərslər aldım”.

“Qazanılan təcrübə mənim xeyrimə oldu. “Old Trafford”da işlədiyim müddətdə, mən daha müdrik və bilikli oldum”.

“Gedişimdən sonra mənə bir neçə təklif də gəlib. Mən gələcəyimlə bağlı hər hansı bir variantın baş tutmasını istisna etmirəm”.

“İndi “Mançester Yunayted”də dəyişilik dövrüdü. Ola bilsin, klubda artıq uzunmmüddətli planlara önəm vermirlər. Hamı bilirdi ki, mənim qarşımda hansı vəzifə var idi. Təəssüf ki, mənə daha çox vaxt verilmədi”.

“Mən gedəndə, bazada futbolçularda söhbət etdim. Həmən gündən mən dəstək üçün çoxlu mesaj almışam. Futbolçulara və futbol dünyasında olan hər kəsə, dəstəyinə görə təşəkkür edirəm”.

Xəbər 1020 dəfə oxundu.