"İnter" artıq Türkiyədədir | |
Bakının "İnter" klubu Avropa Liqasına hazırlıq çərçivəsində İzmit şəhəri yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışı keçirəcək. "İnter" artıq Türkiyədədir. Kaxabar Sxadadzenin komandası bir neçə saat əvvəl məskunlaşacağı "Green Park" otelinə çatıb. Qeyd edək ki, "İnter" bu gün yerli vaxtla saat 10:00-da ilk məşqinə çıxacaq. Türkiyədəki təlim-məşq toplanışı ayın 10-na kimi davam edəcək. |
|
Xəbər 870 dəfə oxundu. |
|
|