"Udineze" 5-ci, "Lokomotiv" 7-ci oldu
III Qəbələ Kubokunda 5-8-ci yerləri tutan komandalar müəyyənləşib. 5-ci yer uğrunda matçda "Liverpul" və "Udineze" üz-üzə gəlib. İdman.com.az saytı xəbər verir ki, oyun əsas vaxtı 1:1 hesabi ilə yekunlaşdığına görə, qalibin adına penalti zərbələrindən sonra aydınlıq gəlib.

11-metrlik zərbələri daha dəqiq yerinə yetirən İtaliya təmsilçisi turniri 5-ci yerdə tamamlayıb. Digər oyunda "Lokomotiv"ə 0:1 hesabilə məğlub olan "Neftçi" turnirin sonuncusu olub.
Günün ikinci yarısında 3-cülük və final matçları baş tutacaq.

7-ci yer uğrunda
"Neftçi” – "Lokomotiv” 0:1
Qol: Mixail Ageyev (pen)

5-ci yer uğrunda
"Liverpul” – "Udineze” 1:1 (Penaltilərlə 5:6)
Qollar: Cekson MkKeve - Daniele Pierre

15.00: "Qəbələ” – "Rapid” (3-cü yer uğrunda)
19.00: "Anderlext” – "Fənərbağça” (Final)

Xəbər 862 dəfə oxundu.