"İnter" "Sumqayıt"ın futbolçusunu transfer etdi
"İnter" klubu transfer çalışmalarını davam etdirir. Bakı təmsilçisi Məhəmməd Mirzəbəyovu transfer edib. Onunla bir illik rəsmi müqavilə imzalanıb. Qeyd edək ki, M.Mirzəbəyov ötən mövsüm "Sumqayıt"da çıxış edib.

Xatırladaq ki, "İnter" bundan əvvəl Mirzağa Hüseynpur və Elvin Məmmədovu transfer etmişdi.

Xəbər 859 dəfə oxundu.