Balotelli: "İngiltərə bizim üçün güclü rəqib deyil"
İtaliya millisinin futbolçusu Mario Balotelli "DÇ-2014"də D qrupundakı rəqibləri İngiltərə yığması haqda danışıb.

Hücumçu deyib ki, İngiltərəni dünya kubokunu qazana biləcək gücdə görmür:

"Düzdür, İngiltərə millisində yaxşı futbolçular var. Amma onlar bizim üçün güclü rəqib deyillər.Biz daha təcrübəli komandayıq. İtaliya millisində dünya kubokunu qazanan futbolçular var. Amma İngiltərədə dünya çempionatının yarımfinal mərhələsində oynayan bir futbolçunun olduğunu belə düşünmürəm".

Xəbər 874 dəfə oxundu.