Parmanı Torino əvəz edəcək
Parmanın UEFA-ya göndərdiyi appelyasiya ləğv edilib. Klub lisenziya ala bilməyib.

Bu səbəbdən də Parma Avroliqada çıxış edə bilməyəcək. Onun əvəzinə İtaliyanı turnirdə Torino komandası əvəz edəcək.

Əlavə edək ki, Parma bu qərara qarşı Lozanna arbitraj məhkəməsinə müraciət etmək hüququna malikdir.

Xəbər 830 dəfə oxundu.