De Hea Fransesk Fabreqasın transferi haqqında fikirlərini bölüşdü
“Mançester Yunayted”in qapıçısı David De Hea, “Barselona”nın yarımmüdafiəçisi Fransesk Fabreqasın mümkün transferi haqqında fikirlərini bölüşüb.

“Gözlüyək, o bizə gələcəkmi. Amma, onu əldə etmək çox çətin olacaq. Axı onunla bir çox klub maraqlanır. Həm də o həmişə “Barselona”da oynamaq istəyirdi”.

“Mən ona nə demişəm? O Mançestərə gəlib, mənim evimdə qala bilər. İstənilən halda qərar onundu”.

Digər yayılan xəbərlərdə isə, Lui van Qalın Fabreqasla maraqlanmadığı bildirilmişdi.

Xəbər 1003 dəfə oxundu.