Messi: "Maradonaya həsəd aparıram"
“Barselona”nın futbolçusu Lionel Messi Maradona, Pele və Bekenbauer kimi dünya futbolunun canlı əfsanələrinə milli komandalarda qazandıqları uğurlara görə həsəd apardığını deyib.

İspaniya mətbuatına açıqlama verən oyunçu qeyd olununan futbolçuların uğuruna qsıqandığını deyib: “Ancaq bu, yaxşı mənada qısqanclıqdır. Məqsədim bu əfsanəvi futbolçuları qabaqlamaq deyil, milli komandamla dünya çempionu olmaqdır. 2010-cu ildən indiyə qədər oyunumda müəyyən enişlər oldu”.

"Dünyanın ən yaxşı futbolçusu kimdir?" salını Messi belə cavablandırıb: “Uşqalıqdan indiyə qədər futbol oynamaqdan böyük zövq alıram. Hələ də meydançaya bu niyyətlə çıxıram. Əgər bir gün futboldan həzz almasam, həmin gün futbolu buraxaram. Məncə, bir çox güclü futbolçular var. Onların arasından Neymar, İnyesta, Xavi, Ronaldo, Riberi, Roben və digərlətinin adını çəkə bilərəm. Kimin ən yaxşı olduğunu azarekşlər bilər”.

Qeyd edək ki, Messi bu mövsüm "Barselona" ilə kubok qazana bilməyib.

Xəbər 806 dəfə oxundu.