«Qəbələ» və «Neftçi» uduzdu
Qəbələdə 15 yaşa qədər futbolçular arasında «Qəbələ kuboku-3» beynəlxalq turniri davam edir. İdman.com.az saytının məlumatına görə, bu gün səhər keçirlmiş görüşdə İtaliyanın «Udineze» klubunu minimal hesabla məğlub edən meydan sahibi, axşam təşkil edilmiş matçda İstanbul «Fənərbağça»sı ilə qarşılaşdı.

Qonaqlar oyuna fəal başladılar və ilk hissədə «Qəbələ»nin qapısından 2 cavabsız top keçirdi. Fasilədən sonra türkiyəlilər daha 1 qol vurdular.

«A» yarımqrupunda digər matçda İngiltərənin «Liverpul» kollektivi «Udineze» minimal hesabla məğlub oldu (0:1)

«B» yarımqrupunda «Neftçi» Avstriya «Rapidi»i ilə qarşılaşdı. İlk yarıda Bakı təmsilçisi 1 dəfə fərqləndi. Rəqib növbəti hissə başlayan kimi hesabı bərabərləşdirdi. Son dəqiqədə «Rapidi» 1 dəfə də fərqləndi və oyunu qələbə ilə başa vurdu (2:1).

O biri görüşdə Belçika «Anderlext»i Moskvanın «Lokomotiv» komandasını üstələdi – 2:0.

Qeyd edək ki, qrup mərhələsində görüşlər hər hissədə 20 dəqiqə keçirilir. 1-2-ci yerləri tutanlar yarımfinala adlayırlar. 3-4-cü pillələrdə qərarlaşanlar 5-8-ci mövqələr üçün oynayacaqlar.

Qrup oyunlarına sabah yekun vurulacaq. Yarımfinal qarşılaşmaları və final isə iyunun 1-i keçiriləcək.

«A» qrupu: 1 «Fənərbağça» - 6 xal, 2.«Qəbələ»3 , 3.«Udineze» 3, 4.«Liverpul» 0.
«B» qrupu: 1.«Anderlext» - 6 xal, 2.«Lokomotiv» 3, 3.«Rapid» 3, 4.«Neftçi» 0.

Xəbər 925 dəfə oxundu.