Kiçik yaşlı yeniyetmələrin növbəti sınağı
30 may - 1 iyun 2014-cü il tarixdə Dağıstan Respublikasında 1997-98-ci il təvəllüdlü sərbəst güləşçilər arasında açıq Respublika turniri keçiriləcək. Sərbəst güləş üzrə kiçik yaşlılardan ibarət yığma komanda turnirdə iştirak edəcək.

Məşqçilər Namiq Quliyev və İsaməddin Hüseynovun rəhbərliyi altında qonşu Respublikaya 11 güləşçimiz yollanıb. Heyətdə Tofiq Əliyev (35 kq), Ramiz Həsənov (38 kq), Roman Bəşirov, Röyal Ağamalıyev (hər ikisi 42 kq), Çingiz Eyvazov, Babək Hüseynov (hər ikisi 46 kq), İlkin Məmmədov (50 kq), Alı Osmanlı, Hüseyn Hüseynzadə (hər ikisi 58 kq), Nəbi Osmanov (63 kq) və Əhliman Quliyev (76 kq) yer alıb.

Xəbər 922 dəfə oxundu.