Fabreqas: "Braziliya yığmasından qorxmuruq"
İspaniya millisinin yarımmüdafiəçisi Sesk Fabreqas komandasının qarşıdakı dünya çempionatında şanslarını dəyərləndirib.

"Goal.com"a danışan "Barselona"nın futbolçusu mundialın əsas favoriti sayılan Braziliya yığmasından çəkinmədiklərini bildirib:

"Dünya çempionatında qələbə qazanmaq bizim üçün çox önəmlidir. 2008-ci ildə heç kəs bizə inanmırdı. Ancaq həmin ildən bəri bütün titulları qazandıq. Braziliya yığmasından qorxmuruq. Bəli, onlar güclü komandadır. Əgər Braziliya ilə yollarımız kəsişsə, bu tamamilə başqa oyun olacaq".

Xəbər 868 dəfə oxundu.