"Barselona" ikinci qapıçı transfer edir
"Barselona" Ter Stegendən sonra heyətinə daha bir qapıçı cəlb etməyə yaxındır.

Kataloniya təmsilçisi "Real Sosyedad"ın qolkiperi Klaudio Bravo ilə razılığa gəlib. "Real Sosyedad"la müqaviləsi 2017-ci ildə başa çatacaq 31 yaşlı qapıçının təzminat qiymətinin 30 milyon avro olduğu bildirilir.

Qeyd edək ki, K.Bravo 2006-cı ildən "Real Sosyedad"ın qapısını qoruyur.

Xəbər 928 dəfə oxundu.