"Bazel"də yeni baş məşqçi təyinatı
İsveçrənin "Bazel" klubunun yeni baş məşqçisinin kimliyi müəyyənləşib.

Komandanı bundan sonra Paulo Souza çalışdıracaq. Son iş yeri "Makkabi" (Təl-Əviv) olan 43 yaşlı mütəxəssislə üç illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Bazel"i son mövsüm Murat Yakın çalışdırıb.

Xəbər 1035 dəfə oxundu.