Van Persi: "İspaniya hələ də dünyanın ən yaxşı komandasıdır"
Hollandiya millisinin hücumçusu Robin van Persi Braziliyada keçiriləcək dünya çempionatının qrup mərhələsində qarşılaşacaqları İspaniya yığması haqda müsbət fikirlər səsləndirib.

Təcrübəli futbolçu "Voetbal İnternational"a açıqlamasında İspaniya millisini dünyanın ən yaxşı komandası adlandırıb:

"Normalda hər hansı sistemə uyğunlaşmaq uzun vaxt alır. Üstəlik dünyanın ən yaxşı komandası ilə qarşılaşmadan öncə cəmi iki yoxlama görüşü keçirəcəyik. Məncə, İspaniya millisi hələ də dünyanın ən yaxşı komandasıdır. Oyun sistemimizlə bağlı danışmaq istəmirəm. Onsuz da baş məşqçimiz ispanlara qarşı risk edəcəyimizi söyləyib. Komandada hər kəs nə etməli olduğunu yaxşı bilir".

Qeyd edək ki, Hollandiya yığması dünya çempionatında ilk oyununu məhz İspaniyaya qarşı keçirəcək.

Xəbər 949 dəfə oxundu.